Məşhur aktrisa: “Dodaqlar qadının ən güclü silahıdır” – VİDEO
Bizi izləyin

Magazin1

Məşhur aktrisa: “Dodaqlar qadının ən güclü silahıdır” – VİDEO

“Chanel” moda evi məşhur qadınların iştirakı ilə qısa video-müsahibə seriyasını təqdim edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kira Naytli bu layihənin əsas qəhrəmanı olub. O, açıqlamasında makiyajın onun həyatında böyük rol oynamasından danışıb. Kira etiraf edib ki, yeni roluna hazırlıq zamanı canlandırdığı obraza uyğun olmaq üçün çox çalışır.

Onun budəfəki rolunda makiyaj mühüm rolu oynayıb. O, xüsusi olaraq “Chanel” üçün Lyuça Pika ilə birlikdə ötən əsrin 30-cı illərinin retro obrazını yaradıb.

Lyuça aktrisanın qaşlarını fırça ilə səliqəyə salıb, daha sonra gözlərinə tutqun-gümüşü göz kölgələri çəkib. Aktrisa baxışlarını təsirli etmək üçün göz makiyajına qara karandaş əlavə edib. Dodaqlarının formasını tünd-çəhrayı karandaşın köməyi ilə dairəyə alıb, daha sonra giləmeyvə çalarlı pomada ilə vurğulayıb. Kira bildirib ki, həyatını dodaq boyası olmadan təsəvvür etmir: "Dodaqlar və dodaq boyası qadının ən güclü silahıdır. Bunu mənə anam öyrədib. Onun günü uğursuz keçəndə, yaxud əhvalı pis olanda o, dodaqlarına qırmızı pomada çəkirdi, onda əhval-ruhiyyəsi dərhal yaxşı olurdu. Mən özüm də belə edirəm".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm