Magazin1
Mübariz Tağıyevi incitdilər: “Adamı yandırıb-tökür”
Xalq artisti, tanınmış müğənni Mübariz Tağıyev uzun illər səhnədə olmasına baxmayaraq solo-konsert verə bilməməsindən gileylənib.
Publika.az-a açıqlama verən sənətkar hələ də gözlədiyini deyib: “Mən toy müğənnisi deyiləm, xüsusi qazanc yerim də yoxdur. Konsert vermək üçün də azı 30 min manat lazımdır. O pul da məndə yoxdur. Mən qapı-qapı düşüb deməyəcəm ki, mənə pul verin, kömək edin, konsert verim. Bu, mənim xislətimdə yoxdur. İllər boyu rayonlarda yağışın-qarın altında konsertlərdə oxumuşam. İndi pula görə konset verə bilmirəm, belə şeylər adamı yandırıb-tökür”.
İllərin sənətkarı toy müğənnisi olmadığına görə peşmanlıq hissi keçirmədiyini də dilə gətirib: “Bəzən oturub fikirləşirəm ki, vaxtında toy müğənnisi olsaydım, indi dirəyim qızıldan idi. Amma buna heç peşman da deyiləm. Çünki hesab edirəm ki, mən sənətlə məşğulam və heç vaxt özümün səhv yolda olmadığımı düşünmüşəm. Əslində, bu belədir. İndən belə dəyişəsi də deyiləm. Gözləyirəm, 70 illik yubileyimdə qismət olsa, Rəşid Behbudov adına mahnı tetarında solo-konsert verərəm. Ömür vəfa etsə… Dünyanın işini bilmək olmur”.
Cəvahir
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!