Əlibaba Məmmədov niyə Məcnun olmaqdan imtina edibmiş – GİZLİNLƏR
Bizi izləyin

Magazin1

Əlibaba Məmmədov niyə Məcnun olmaqdan imtina edibmiş – GİZLİNLƏR

Xalq artisti Əlibaba Məmmədov heç yerdə danışmadığı gizlinləri açıb-töküb.

Publika.az-a ürəyini boşaldan sənətkar maraqlı faktlar açıqlayıb: “Mən heç vaxt opera səhnəsində oynamaq arzusunda olmamışam. O vaxt opera səhnəsində məcnunlar qocalmışdı. Filarmoniyada çalışan Əbülfət Əliyevi məcburiyyət qarşısında apardılar Opera Teatrına ki, “Leyli və Məcnun”da oynasın. O da imtina etmədi, oynadı. Əbülfət beş-altı dəfə çıxış edəndən sonra yenidən qayıtdı filarmoniyaya. Baxmayaraq ki, ona filarmoniyada verilən maaşın ikiqat artığını təklif etmişdilər. Mən ona Əbili, o mənə Əliş deyə müraciət edirdi. Mən soruşdum ki, Əbili, niyə çoxu qoyub, aza qane olursan? Qayıtdı ki, Əliş, qaval üçün darıxmışam. Mən opera səhnəsində sıxılıram, ora sığışmıram. Bax mən də bu səbəbdən Opera Teatrına getmədim. Baxmayaraq ki, dəfələrlə dəvət etmişdilər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm