Xuraman Şuşalı: “Başımı bağladığıma görə...” – FOTOLAR
Bizi izləyin

Magazin1

Xuraman Şuşalı: “Başımı bağladığıma görə...” – FOTOLAR

Xuraman Şuşalı uşaqlarının dini tərbiyəsi ilə məşğul olduğunu deyib.

Publika.az xəbər verir ki, müğənni bizə verdiyi açıqlamada uşaqlarının dini tərbiyəsi ilə məşğul olduğunu, lakin onları buna məcbur etmədiyini deyib: “Uşaqlar o ab-havada böyüyürlər, müəyyən dini rituallara maraq göstərirlər. Onların dini tərbiyəsinə islamda çox əhəmiyyət verilir. Uşaqlar bir qədər böyüdükdən sonra onlara namazın sözlərini öyrədəcəm. Lakin unutmaq olmaz ki, islamda məcburiyyət yoxdur. Onları namaz qılmağa məcbur edə bilmərəm. Ən əsası uşaqlarımın haram yeməməsi və haram məclislərdə iştirak etməməsi üçün çalışıram”.

X.Şuşalı başını bağlamasının işinə çox təsir etmədiyini də deyib: “Başımın bağlı olması işimə mane olmur. Ola bilər ki, daha az tədbirlərə dəvət olunum. Bu da məni narahat etmir, çünki naşükür insan deyiləm. Milyardlar qazanıb sonra o pulları dava-dərmana xərcləməkdənsə, az və halal pul qazanmağı üstün tuturam”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm