İnqrid albomunu Bakıda təqdim etdi – FOTO
Bizi izləyin

Magazin1

İnqrid albomunu Bakıda təqdim etdi – FOTO

Məşhur italyan müğənni İnqrid “Ümid yağışı” adlı albomunu təqdim edib.

Publika.az xəbər verir ki, müğənninin Azərbaycanda hazırladığı albomdakı mahnıların musiqiləri Alxanlıya, sözləri Gövhər Həsənzadəyə, aranjimanı isə Yaşar Baxışa məxsusdur.

Albomdakı mahnılar Azərbaycan, ingilis, italyan və fransız dillərindədir. İnqridin Azərbaycan dilində səsləndirdiyi “Sarı gəlin” mahnısı da albomda yer alıb.

İnqrid yeni albomu haqqında bunları deyib: “Ətrafıma topladığım insanları xüsusi seçirəm. Bilmədiyim dildə mahnı ifa edəndə onun mənasını öyrənməyə çalışıram. Albomdakı mahnıları birləşdirən cəhət sevgidir. Diskin bəyəniləcəyinə inanıram”.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm