“Youthvision” beynəlxalq mahnı müsabiqəsinə 150 min ayrıldı
Bizi izləyin

Magazin1

“Youthvision” beynəlxalq mahnı müsabiqəsinə 150 min ayrıldı

Bu il 22-24 iyun tarixlərində Heydər Əliyevadına Sarayında “Həmişə gənc” şüarı altında “Youthvision” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi bununla bağlı brifinq keçirib.

Nazirliyin mətbuat katibi Səmaya Məmmədova bildirib ki, müsabiqəni Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilir: “Yarışmanı İttifaqla birgə Gənclər və İdman Nazirliyi keçirir. Müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb. Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim edirlər. Müsabiqədə iştirakçı münsif onları müşayiət edən şəxs qismində 72 nəfər nümayəndənin gəlişi gözlənilir. Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edəcək".

Müsabiqədə hər ölkəni öz münsifi təmsil edəcək. Təmsilçilərin hər birinə müvafiq olaraq 1,2,3,4,5,6,7,8,10 və 12 bal verə biləcək: “Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir”.

Müsabiqənin keçirilməsinə 150 min manat büdcə ayrılıb.

Bildirilib ki, bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulur.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm