Əməkdar artistə 70 yaş hədiyyəsi - FOTO
Bizi izləyin

Magazin1

Əməkdar artistə 70 yaş hədiyyəsi - FOTO

Publika.az xəbər verir ki, Binəqədi Mərkəzi Mədəniyyət evində əməkdar artist, professor, tarzən Vamiq Məmmədəliyevlə görüş olub.

Tədbir dəyərli sənətkarın 70 illik yubileyinə həsr olunmuş video çarxla açıq elan olunub, sonra isə aparıcı Nuranə Axundovanın təqdimatında Vamiq müəllimlə söhbətlə davam edib.

Mərasimdə qonaq qismində Xalq artisti, tarzən Zamiq Əliyev, əməkdar artistlər Mirnazim Əsədulllayev, Ağalar Bayramov, Hüseyn Bakılı, kinorejissor Tahir Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehriban Qasımova, V.Məmmədəliyevin çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, media nümayəndələri iştirak ediblər.

Məşhur tarzənin ailə üzləri öz yaddaqalan maraqlı xatirlərini paylaşıblar, pərəstişkarlarından biri olan M.Akçay sənətkara həsr etdiyi “Tarın yaşayan əfsanəsi” adlı şeirini səsləndirib, Vamiq müəllimin tələbələri isə öz ifaları ilə görüşə daha da rəng qatıblar.

Sonda H.Sarabski adına Mədəniyyət Evinin rəhbərliyi adından yubilyara xatirə hədiyyəsi təqdim olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm