“Pulum olsaydı, cavan aktrisaların hamısını…”
Bizi izləyin

Magazin1

“Pulum olsaydı, cavan aktrisaların hamısını…”

Əcnəbilərin Azərbaycan filmlərində çəkilməsi və yerli aktrisaların buna etirazı tanınmış rejissor Rövşən Almuradlını da dilə gətirib.

Publika.az-a açıqlama verən rejissor bundan təəssüfləndiyini qeyd edib:

“Əgər hansısa bir əcnəbi aktrisa o filmin səviyyəsini qaldıracaqsa, etirazım yoxdur, gətirib filmlərinə çəksinlər. Bu, rejissorun seçimidir, kimi çəkir, lap əcəb eləyir. Amma hansısa tanınmayan bir aktrisanı gətirib çəkirlərsə, buna dəyməz, bu, o deməkdir ki, o rejissorun heç səviyyəsi yoxdur. Bu mənada aktrisalar haqlı olaraq narazılıq edir. Biz rejissorlar film, o aktrisalar da rol gözləyə-gözləyə qocalırlar. Pulum olsaydı, çoxlu filmlər çəkərdim və cavan aktrisaların hamısını ora dəvət edərdim. Əslində bizim gənc aktrsialarımız filmlərə çəkilsə, boş dayanmasalar, heç əcnəbi aktrisaların da milli filmlərimizdə rol almasına etiraz eləməzlər. Əksinə, onlarla təmas yaradıb, fikir mübadiləsi edərlər. Neyləsinlər ki, özləri də çəkilməyə film yoxdur. Səbəb də budur ki, Azərbaycanda il ərzində çox az film çəkilir”.

R.Almuradlı kinostudiyanın direktoru Müşfiq Hətəmovun “bizim aktrisalar açıq-saçıq rollara çəkilmək istəmədiklərindən, rejissorlar əcnəbiləri dəvət etməli olurlar” fikrinə də münasibət bildirib.

Bu fikirlər razılaşmayan rejissor qeyd edib ki, bu, bayağı yanaşmadır: “Açıq-saçıqlıq filmin ideyasının çatdırılmasında istifadə olunur. Yavər Rzayevin də “İlahi məxluq” filmini açıq-saçıq film kimi qələmə verdilər. Əslində o film çox dəyərli filmdir və heç də yazıldığı kimi orada açıq-saçıqlıq yox idi”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm