Daha bir məşhur ANS-dən getdi
Bizi izləyin

Magazin1

Daha bir məşhur ANS-dən getdi

ANS-in “Hesab vaxtı” verilişinin aparıcısı Tünzalə Rafiqqızı televiziyadan ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə teleaparıcı sosial şəbəkədə məlumat verib.

“Hər başlanğıcın bir sonu olur. Başladı və bitdi. Alnım açıq, üzüm ağdır. Yeni başlanğıc isə uzaqda deyil. Hər kəsə uğurlar. Mən yoluma, siz yolunuza”, - deyə teleaparıcı qeyd edib.

Qeyd edək ki, bir müddət öncə məşhur jurnalistlər İlhamiyyə Rza, Kəmalə Əlisgəndərqızı da ANS-dən ayrılıblar.

Dünən isə Ləman Ələşrəfqızı sosial şəbəkədə ANS-dən ayrılması barədə status paylaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm