• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Müğənni həmkarını duelə çağırdı: “Bunu sübut etməsə...” - VİDEO

  • Magazin1
  • 17 İyun 2016 15:15
  • 1 349 Baxış
Müğənni həmkarını duelə çağırdı: “Bunu sübut etməsə...” - VİDEO

“Ömrün illəri” mahnısına görə İntiqam Kərimovla İlqar Xəyal arasında qalmaqal getdikcə böyüyür. İntiqam Kərimovun özünü mahnının ilk ifaçısı kimi təqdim etməsi İlqar Xəyalın xoşuna gəlməyib.

Publika.az-a açıqlama verən sənətçi qarşı tərəfin ortaya dəlil-sübut çıxarmasını tələb edib: “Ömrün illəri” mahnısının ilk ifaçısı “Karvan” qrupunun məşhur üzvləri Yevgeni Baxtin və Tamilla Ağamirova olub. Ondan sonra qrup yenidən bu mahnını başqa ifaçı ilə oxuyub. Mən isə mahnının üçüncü ifaçısıyam. O, bu mahnını 1986-cı ildə ifa edib. İntiqam Kərimov deyirsə ki, bu mahnının ilk ifaçısı özüdür, o zaman bunu sübut eləsin. O mahnının həmin versiyasını üzə çıxarsın. Vəssalam”.

Xatırladaq ki, müğənni İntiqam Kərimov sözləri Mirvari Dilbaziyə, musiqisi Mikayıl Vəkilova məxsus olan mahnının ilk ifaçısı olduğunu deyib. Onun narazılığına səbəb həmkarı İlqar Xəyalın özünü bu mahnının ilk ifaçısı kimi təqdim etməsidir.

Qeyd edək ki, Mikayıl Vəkilov xarici ölkədə yaşayır.

Cəvahir

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR