Xalq artisti RÜSVAY ETDİ: “Soyunub…” - HƏYƏCANLANDIRAN FOTOLAR
Bizi izləyin

Magazin1

Xalq artisti RÜSVAY ETDİ: “Soyunub…” - HƏYƏCANLANDIRAN FOTOLAR

Xalq artisti Elmira Şabanova gənc həmkarı Mələk Heydərovanın “istədiyim pulu versələr, yatağa girərəm” açıqlamasından qəzəblənib.

Publika.az-a açıqlama verən Xalq artisti bunu “biabırçılıq” adlandırıb: “Bu gün soyunub lüt bədənlə tamaşaçını təəccübləndirmək mümkün deyil. Sovet dönəmində rejissorlar çılpaq və ehtiraslı bədənlə tamaşaçının diqqətini çəkməyə çalışırdı. Digər tərəfdən aktrisanın qiymət oxuması düzgün deyil. Necə yəni, 100 min versinlər, yatağa girim, ya da öpüşüm. Biabırçılıqdır. Bəs sənin sənət sevgin hara getdi? Əsas olan obrazın təqdimatıdır. Elə film var ki, orada tamaşaçını aktrisanın ehtiraslı bədənindən çox, onun məqsədi maraqlandırır. Ola bilər aktrisa soyunub yatağa da girə bilər. Amma bunu o qədər bayağı edər ki, ikrah hissi doğurar. Əsas olan filmin bədii həllidir”.

Xalq artisti, misal da çəkib: “Rejissor Yavər Rzayevin “İlahi məxluq” filmi ekranlara insanlar arasında söz-söhbətə səbəb oldu. Hər kəs açıq-saçıqlığına görə filmi topa tutdu. Amma mən hesab edirəm ki, aktrisa o səhnəni çox məharətlə oynayıb”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm