Magazin1
Xalq artisti çox SƏRT DANIŞDI: “Manafı, Nadiri, Röyanı görməmək üçün...”
Belə getsə, şou əhli Xalq artisti Yalçın Rzazadəyə müharibə elan edəcək. Belə ki, illərin sənətkarı şou-biznesdə olan müğənniləri tanımadığını bildirib.
Publika.az-a açıqlama verən Xalq artisti, hətta dəvət aldığı verilişlərə belə şərtlə getdiyini diqqətə çatdırıb: “Mənim sənətim var, özümə hörmət edirəm. Hansısa televiziya verilişinə gedəndə aparıcı ilə şərt kəsirəm və deyirəm ki, mən olduğum yerdə şou-biznes adamları olmayacaq. Sənətkar hər müğənni ilə eyni verilişdə qonaq ola bilməz. Nəinki şou, “ş” hərfini eşidəndə belə dönüb o yerdən qaçıram. Onları görməmək üçün toylara da getmirəm, pul göndərirəm. Bilirəm ki, ortaya düşüb onu birdən oxuyacaq. Televizorda da onları görəndə kanalı çevirirəm. Bizdə heç şou-biznes də yoxdur. Bunların işi-gücü efirə çıxıb kimisə söymək, qeybət etmək və dalaşmaqdan ibarətdir”.
Y.Rzazadə Nadir Qafarzadə, Manaf Ağayev, Röya və digər müğənniləri tanımadığını deyib: “Adlarını çəkdiyiniz və çəkmədiyiniz, ümumiyyətlə, şou aləmə daxil olan o müğənnilərin heç birini tanımıram. Sənət aləmində tanıdıqlarımdan Azər Zeynalov, Fidan, Xuraman Qasımova bacılarının adını çəkə bilərəm”.
Asya
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov