Tanınmış jurnalistdən şou əhlini bir-birinə vuracaq SÖZLƏR: “Başını bağlayıb...”
Bizi izləyin

Magazin1

Tanınmış jurnalistdən şou əhlini bir-birinə vuracaq SÖZLƏR: “Başını bağlayıb...”

Son vaxtlar şou-biznes nümayəndələrinin bayrağı əks etdirən geyimlərlə fotosessiyalar etdirməsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

Tanınmış jurnalist, filologiya üzrə fəlsəfə doktoru Anar Vəziroğlu özlərini vətənpərvər kimi göstərməyə çalışan, bayrağı özündə əks etdirən libaslarla fotolar çəkdirən şou əhlini tənqid atəşinə tutub.

Publika.az-a açıqlama verən yazar gündəm naminə atılan belə addımları riyakarlıq kimi qələmə verib: “Bir də görürsən bayrağa bürünüb fotolar çəkdirir, internetdə yayırlar. Yaxud da bayrağı özündə əks etdirən şəkillər çəkdirirlər. Guya, bu şəxs vətənpərvərdir. Bayraq müqəddəs atributumuzdur, ona hörmətlə yanaşmaq lazımdır. Keçən dəfə bir küçədən keçirdim. Gördüm ki, zivədən asılan bədən dəsmalı bayraq naxışlarıyla bəzədilib. Ayıbdır e, insan çirkli bədənini o dəsmalla necə silə bilər axı? Bayraq həmişə ucalıqda olmalıdır. İkincisi, gərək içdə, əməldə vətənpərvər olasan. Əslində bu riyakarlıqdır. Alla Puqaçova da açıq-saçıq geyinir, amma özünü olduğu kimi göstərir. Bizim şou əhli soyunur, çılpaq fotolar yayır, lakin efirə çıxanda özünü namus mücəssəməsi kimi təqdim edir. Olduğun kimi görün də. Baxırsan başını bağlayıb, amma göbəyinə qədər “razrez”i var”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm