Azərbaycanlı məşhur gürcü qızının eşqindən "dəli" oldu – VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhur gürcü qızının eşqindən "dəli" oldu – VİDEO

Azərbaycanlı şair gürcü qızının şərəfinə tərif deyib.

Publika.az xəbər verir ki, gənc şair Taleh Mansur gürcü qızının gözəlliyindən vəcdə gələrək onu mədh edib.

Şair sosial şəbəkədə video paylaşıb və görüntünün altında sevgisini belə ifadə edib: “Oxuduğun mahnı “Yasin”im olsun, qız... Səsin kəfənim olsun, qız... Qız, Allahına qurban olum!”

Asya

Taleh Mansurun şeirini təqdim edirik:

Mən dünyaya göz açan gün

Bu dünyaya mən dan yeri,

Söküləndə gəlmişəm.

Tanrının dərgahından bu bəxtəvər dünyanın,

Qapqara saçlarına,

İşıq rəngli ləl-cəvahir,

töküləndə gəlmişəm.

Mən dünyaya göz açan gün,

Günəş sərxoş olub,

yatıb yuxuya qalıb.

Ağlamışam oyanıb.

Çılpaq ruhum Tanrının fırçasıyla,

Cismim ilə boyanıb

Bəlkə ona görədi

Bütün şeirlərimin misrası bəndi,

Qurulur dan yeri,

Sökülən zaman.

Göylərdən ulduzlar,

Tökülən zaman

Mən dünyaya göz açan gün

Hikkəsindən bir oğulsuz-sonsuz qadın,

Allaha qarğış eyləyir:

"Gözün kor olsun" - deyir

Anam o gündən bu günə.

O qarğışı yuyub-sərir,

Allaha alğış eyləyir,

Min dəfə alğış eyləyir

Məni bağışla, Allah

Məni bağışla, vallah

Alğış duadan öncə,

Bir qara qarğış deyilib

Məndən ötrü ünvanına.

Nə bilən var, nə inanan,

Bu dünyaya gələn gündən qəribəm

Bilən yoxdur, mənim əsl vətənim,

Anamın öz bətnidir.

Məni şair, məndən şeir xəlq eliyən,

Anamın söz bətnidir.

Mən dünyaya göz açan gün

Aldatmışam insanları,

Həkimləri, loğmanları,

Ölçənləri, mizanları

Çəkib məni bir tərəzi,

Dörd kiloqram gəlmişəm.

Yanılıblar...

Mən əslində dörd kiloqram olmamışam,

Mən bir az od olmuşam,

Bir az su,

Bir az hava,

Bir az torpaq,

Vəssalam.

Dünyaya göz açmışam,

Və:

- Salam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm