Aktyor Elza Seyidcahanı susdurdu: “Acından ölmürük, amma...”
Bizi izləyin

Magazin1

Aktyor Elza Seyidcahanı susdurdu: “Acından ölmürük, amma...”

Aktyor Vüsal Murtuzəliyevin reklam şirkətlərininin müğənnilərlə aktyorlara fərq qoymasından narazılıq etməsi əməkdar artist Elza Seyidcahan tərəfindən xoş qarşılanmadı. Sənətçi aktyorları müğənnilərin pulunu saymaqda suçlayıb.

Bu isə Vüsal Murtuzəliyevi yenidən dilə gətirib. Publika.az-a açıqlama verən aktyor fikrinin düzgün başa düşülmədiyini deyib:

“Elza xanima və sənətinə hörmətim var. Mənim fikrimi düzgün anlamayıb yəqin. Mən müqayisəli demişəm və bildirmişəm ki, onlar da dostlarımızdır, əziyyət çəkir. O ki qaldı əziyyət çəkib pul qazanmağa, acından ölmürük. Bizim qazancımız da o dediyim işlərdəndir. Sadəcə olaraq, aktyora olan münasibəti qeyd elədim”.

Qeyd edək ki, aktyor giley-güzarını belə ifadə edib:

“Tədbirlərinə bir neçə müğənni çağırıb 1500-2000 verirlər. Müğənni də əziyyət çəkir, razıyam. Amma aktyora çatanda, bu nə düşüncədir, anlamıram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm