Kamran Həsənli ilə bağlı ŞOK İTTİHAM: “Samirdən başqa müğənnilərlə...”
Bizi izləyin

Magazin1

Kamran Həsənli ilə bağlı ŞOK İTTİHAM: “Samirdən başqa müğənnilərlə...”

Müğənni Samir Piriyevdən külli-miqdarda pul alıb qaytarmadığı üçün dələduzluqda ittiham edilən aparıcı Kamran Həsənlinin bacısı Gülər Həsənli ilə bağlı açıqlaması S.Piriyevin vəkili Ceyhun Yusifovu özündən çıxarıb.

Publika.az-a açıqlama verən vəkil K.Həsənliyə səslənib:

“Elə eləmə ki, əlimizdə olan gizlin videoları üzə çıxaraq. Deyəsən çıxarmalı da olacağıq. Kamran Həsənlinin bacısı Gülərin ölkədən çıxışına qadağa qoyulub. Çox da ki, qardaşı bunu danır. Əslində Kamran günahkar olduğunu özü də bilir. Bəs yaxşı, biz ortaya videogörüntülər çıxarandan sonra o niyə susdu? Çünki bilirdi ki, bu faktlar doğrudur. Hələ onun digər müğənnilərlə bağlı dələduzluq faktları var, darıxmasın, bircə-bircə üzə çıxarılacaq. Kamran yalvarırdı ki, Samir, təzə maşınımı sənə verirəm, evimi də satıb verəcəm, amma məni polisə vermə. Yaxşı, Kamranın günahı yox idisə, niyə maşınını, evini Samirə vermək istəyirdi? Bacısı Gülərlə bağlı biz çox dərinə getmək istəmədik, dedik qadındır, yaxşı deyil. Amma özü bizi buna məcbur elədi. Gülər özü Samiri şirnikləndirib, aldadıb ki, sənə Türkiyədə şərait yaradacağıq, belə pullar qazanacaqsan, elə qazanacaqsan. Samirin onda 24-25 yaşı vardı, uşaq idi, aldanıb. Samir konkret olaraq dələduzluğun qurbanı olub, bunu Kamran gözəl bilir”.

Qeyd edək ki, Kamran Həsənli bacısı ilə bağlı yayılan xəbərə belə cavab verib:

“O nə danışır, nə üzləşmə, nə xəbərdarlıq, nə qadağa? Bacımı bu işə qarışdırmağın nə mənası var axı? Gülər bu işdə sadəcə şahiddir. O Azərbaycandadır, öz işində-gücündədir. Hara gedirdi ki, hava limanında da saxlanılsın? Boş-boş söhbətlərdir”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm