57 yaşlı məşhur ikinci evliliyindən dünyaya gələn uşaqdan danışdı
Bizi izləyin

Magazin1

57 yaşlı məşhur ikinci evliliyindən dünyaya gələn uşaqdan danışdı

Tanınmış yazar Murad Köhnəqalanın ikinci evliliyindən övladı dünyaya gəlib.

Təəssüratını Publika.az-la bölüşən şair sevincini belə ifadə edib: “Hər bir uşağın dünyaya gəlmək hüquq var. Əgər kimsə bu dünyaya gəlmək istəyirsə, ona mane olmaq lazım deyil. Mən də belə etdim. Oğlum dünyaya gəlmək istədi, mən də ona mane olmadım. Hələ ki, oğluma ad qoymamışıq, götür-qoy edirik”.

Qeyd edək ki, ikinci dəfə ailə həyatı quran yazarın əvvəlki ailəsindən iki övladı var. Maraqlıdır, digər uşaqlar balaca qardaşlarının gəlişinə seviniblərmi?

Köhnəqala hələ ki, o biri uşaqların körpənin doğulmasından xəbərsiz olduqlarını deyib: “Uşaqlar bilmir, amma biləcəklər yəqin. Xanımları deyə bilmərəm, amma çalışacağam uşaqlarım dostlaşsın, çünki eyni qanın daşıyıcılarıdır. Buna psixoloji gücüm çatacaq yəqin. Hələ ki, qəbul etmirlər. Həmişə belə olur, ilk vaxtlar qəbul olunmayan sonradan qəbul olunur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm