TƏCİLİ: Tanınmış aparıcı anası üçün kömək istədi
Bizi izləyin

Magazin1

TƏCİLİ: Tanınmış aparıcı anası üçün kömək istədi

Tanınmış teleaparıcı Vüsalə Kərimova ağır qəza keçirmiş anası üçün qan axtarır.

Publika.az xəbər verir ki, qəza nəticəsində ağır bədən xəsarəti alan Güləndam xanım çoxlu qan itirib. Bu gün əməliyyat olunacaq xəstəyə təcili qan köçürülməlidir.

Güləndam İbrahim qızı Həsənovaya 1+ qan tələb olunur.

Xatırladaq ki, dünən Kürdəmir rayon Xaldan yolunda ağır avtomobil qəzası baş verib. Nəticədə ATV-nin aparıcısı Vüsalə Kərimovanın atası Nazim bəyin idarə etdiyi avtomobil qarşıdan gələn və idarəni itirən “Mercedec” markalı minik maşınından qaça bilmədiyindən ağır yol qəzası baş verib. Qəza nəticəsində aparıcının anası Güləndam xanım ağır yaralanıb, sağ ayağı bud sümüyündən qırılıb.

Qarşı tərəfdən gələn avtomobilin 4 sərnişindən biri isə elə hadisə yerindəcə dünyasını dəyişib. Sərnişinlər və sürücü alkoqolun qurbanı olublar.

Hadisə haqda məlumat verən teleaparıcı Vüsalə Kərimova valideynlərinin iyulunun 9-u axşam - 18:00 radələrində Qaxdan Gəncəyə yola düşdüklərini, onların maşınını vuran qarşı tərəfin isə Gəncədən Bərdəyə getdiklərini deyib. Ayağı sınan Güləndam xanıma Yevlax rayon xəstəxanasında ilk tibbi yardım göstəriləndən sonra Bakıya gətirilib. Sabah isə Bakının özəl klinikalarının birində sınan sağ ayağa mil qoymaq məqsədi ilə əməliyyat keçiriləcək.

Allah şəfa versin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm