Məşhur müğənnini gecəyarısı xəstəxanalıq edən SƏBƏB - SON DURUM (FOTOLAR)
Bizi izləyin

Magazin1

Məşhur müğənnini gecəyarısı xəstəxanalıq edən SƏBƏB - SON DURUM (FOTOLAR)

“Xəzər” telekanalının həyətində halı pisləşən və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan Vasif Məhərrəmli özünə gəlsə də, həkim nəzarətindədir.

Bu barədə Publika.az-a sənətçi özü açıqlama verib: “Zaur Kamalın proqramına dəvət almışdım, amma gördüm ki, halım verilişlik deyil. Günortadan təzyiqim qalxdı, özümü pis hiss elədim. Zaura zəng elədim ki, gələ bilməyəcəm. O da dedi ki, başqa müğənni çağırmamışıq, onları pis vəziyyətdə qoymamaq üçün getməli oldum. Başqa avtomobillə getdim, çünki özüm maşın sürəcək halda deyildim. Yolda halım dəyişdi, təcili yardım maşını çağırdılar. Həkim təzyiqimi ölçəndə gördü ki, 180-dir. Tez iynə-dərman etdilər, yavaş-yavaş gözümü açdım. Monteneqrodan müxtəlif çeşidli bal gətirmişdilər, hamısının dadına baxmışdım, deyəsən bal təzyiqimi yüksəltmişdi. Elə o halda verilişə qatıldım”.

Müğənni onu qınayanlara da cavab verib: “Dedilər ki, guya şou xatirinə özümü xəstəliyə vurmuşam. Mən heç vaxt sağlığımla şou yaratmıram. Ümumiyyətlə, belə şeylərdən qorxuram. Hətta rəhmətə gedən müğənninin mahnısını oxumuram ki, mənə uğursuzluq gətirər. Qaldı ki, sağlamlığımla şou yaradım. Gecə səhərə qədər Hərbi Xəstəxanada olmuşam. Həkimlər qorxurdular ki, beynimə qan sızar. Analizlər götürdülər, hələ nəticə bilinmir. Bir neçə gün həkim nəzarətində olacam, çünki halım yenidən pisləşə bilər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm