Xalq artisti: “Həkim qorxurdu ki...”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Həkim qorxurdu ki...”

Xalq artisti, tanınmış aktyor Rafiq Əzimov ürəyində qalan, ona qismət olmayan obrazlardan danışıb.

Publika.az-a açıqlama verən aktyor hələ də o obrazların həsrətini çəkdiyini deyib:

“Bəhram Osmanovun hazırladığı “Uçqun” tamaşasında baş rolda oynayacaqdım, məşqlərə də başlamışdım. Amma ağır xəstələndim, insult keçirdim. Məni evdən xərəklə xəstəxanaya aparanda həyat yoldaşıma dedim ki, rol dəftərimi də götür. Bunu o vaxt mənimlə qapıbir qonşum olan, millət vəkili Qənirə Paşayeva da eşitmişdi. Bunu sonradan bildim, televiziyada deyibmiş ki, Rafiq Əzimov xərəkdə də rol dəftərini istəyib. Həmin rolu oynamaq mənə qismət olmadı. Çox istəyirdim o obrazda çıxış edim. Sonradan həmin tamaşa repertuardan da çıxarıldı, arzum ürəyimdə qaldı”.

Xalq artisti həmin vaxtlarda “Burlaxatun” tamaşasında səhnəyə çıxıb. Həkimi buna görə o qədər narahatlıq hissi keçirib ki, teatra gəlməli olub:

“Həkimim mənə demişdi ki, sənə həyəcanlanmaq olmaz. Qorxurdu ki, səhnədə yıxılaram, başıma iş gələr. “Burlaxatun” tamaşasında səhnədə yıxılanda həkimim həyəcan keçirdi. Mən ona dedim ki, xəstəliyə görə yıxılmadım, rejissor belə istədi”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm