Nadirdən gündəm yaradacaq İFADƏLƏR: “Artıq lüt qız görmək üçün...”
Bizi izləyin

Magazin1

Nadirdən gündəm yaradacaq İFADƏLƏR: “Artıq lüt qız görmək üçün...”

Müğənni Nadir Qafarzadəni yenə özündən çıxarıblar. Sənətçi hovuzda çəkdirdiyi fotonu İnstaqram səhifəsində paylaşıb və ad çəkmədən bəzi insanların bostanını daşlayıb.

Publika.az xəbər verir ki, qəzəblənən müğənni fotonun altında belə yazıb: “Həmişə belə şəkilləri paylaşmağa həya eləmişəm. Fikirləşmişəm ki, ayıbdır. Ancaq görürəm ki, indi ayıb heç nə yoxdur. Tamaşaçıya da belə şəkillər maraqlıdır. Mən də “avropalı” olmaq istəyirəm. Nə qədər soyunsaq, bir o qədər irəli gedə bilərik. Təhqir yazanlar, yazdıqlarınızın hamısı özünüzsünüz. Lütlənmək üzrə müsabiqə keçirilsə, ölkələr arasında biz birinci yerdə olarıq.

Yaxşı ki, mən hovuz kənarındayam. Şəhərdə isə erotik filmlərə bənzər mənzərə doludur. Artıq striptiz göstərən klublara getməyə ehtiyac yoxdur. Vallah səhnə adamları yalan olub. Adi insanlar günü-gündən soyunur (60-70 faiz). Gəl indi oğul evləndir. Bu sözlər hamıya şamil olunmur. Müğənniləri haradasa başa düşmək olar. Səhnə adamlarıdır. Onlar adi adamlardan fərqlənməlidir. Vallah indi abırlı geyinənə “çuşka” deyirlər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm