Xalq artisti KÖVRƏLTDİ: “Arzum budur canımı Allaha tapşırım”
Bizi izləyin

Magazin1

Xalq artisti KÖVRƏLTDİ: “Arzum budur canımı Allaha tapşırım”

Halıma yanan gərək,

Səsin düşəndə yada…

İllər bu sənətkarın nə səsinə toxunub, nə də gözəlliyinə. Cazibədarlğı ilə gözümüzü oxşayan bu xanım səsiylə də ruhumuza can verib. Melomanlar göydə aldılar ki, söhbət sevilən sənətkar, canlı əfsanə, xalq artisti Flora Kərimovadan gedir. Bu gün onun doğum günüdür. Yaşın nə fərqi var ki…

Publika.az illərin sənətkarını təbrik edib, həm də təəssüratlarını öyrənib: “Ağdamın işğal gününə təsadüf etdiyindən illərdir ki, özümə doğum günü keçirmirəm. Bu tarixi bioqrafiyamdan çıxarmışam. Amma sizlərin mənə sevgisini özümə doğum günü hədiyyəsi kimi qəbul edirəm. Deyirsiniz ki, gözələm, a qızım, Zümrüdün qulağından uzaq, zarafat edəcəm, amma eşitsə, məni öldürəcək. Heç kimə deməyin, amma səhər məni görsəniz, qorxarsınız, dəli Bayraməliyə oxşayıram. Çox sağ olun ki, məni gözəl görürsünüz”.

Xalq artisti ömür yoluna da nəzər salıb: “Həyatımda əlvan və qara rənglər çox olub. Amma qaralar o qədər çox olub ki, çəhrayılar, qırmızılar onun üstünü örtə bilməyib”.

Sənətkar arzularını da dilə gətirib: “Xoşbəxt anayam. Məni sevirsiniz, xoşbəxt sənətkaram. Arzum odur ki, Şuşada qənbər daşlarının üstündə ayaqyalın gəzim, sonra da evimdə canımı Allaha tapşırım (ağlayır). İnanıram ki, bu arzuma çatacam”.

Publika.az kollektivi adından sənətkarı təbrik edir, ona can sağlığı arzulayırıq. Hər zaman var olun, səsiniz gəlsin.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm