Səhiyyə Nazirliyi səhhəti pisləşən sənətçiyə donor axtarır
Bizi izləyin

Magazin1

Səhiyyə Nazirliyi səhhəti pisləşən sənətçiyə donor axtarır

Serrozdan əziyyət çəkən Aşıq Azərə təcili qaraciyər köçürülməlidir. Bütün maddi xərcləri Səhiyyə Nazirliyi öz üzərinə götürüb.

Bu barədə Publika.az-a sənətçi özü məlumat verib:

“Təcili əməliyyat olunmalıyam, qaraciyər köçürülməlidir. Əməliyyat Səhiyyə Nazirliyininin dəstəyi ilə pulsuz həyata keçiriləcək. Əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasında baş tutacaq. Artıq müayinələrdən keçmişəm, deyirlər ki, donor qohum olmalıdır. Donor olmaq istəyənlər tibbi müayinədən keçir. Tapılan kimi əməliyyat olunacam”.

Aşıq xəstəliyi ilə əlaqədar çəki itirdiyini də deyib: “180 kilodan 138 kiloya düşmüşəm. Ayaqlarımda da varikoz genişlənməsi olduğundan buna görə də əziyyət çəkirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm