• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Xalq artisti ÇƏTİN VƏZİYYƏTDƏ: Borca GEYİM ALDI

  • Magazin1
  • 25 İyul 2016 11:45
  • 2 245 Baxış
Xalq artisti ÇƏTİN VƏZİYYƏTDƏ:  Borca GEYİM ALDI

“Cavanlıq illərimdə geyimlərimə o qədər çox pul xərcləyirdim ki, dostlarım mənə dəli deyirdilər”.

Xalq artisti, illərin sənətkarı Mübariz Tağıyev Publika.az-a açıqlamasında belə deyib: “O vaxt geyimləri “altdan” satırdılar. Konsertdən qazandığım pulların hamısını geyimə xərcləyirdim. Kataloqları izləyirdim, yeni çıxan dəbi birinci mən geyinirdim. Dəbi diktə edən müğənniydim. Bir dəfə boz rəngli kostyumla şokolad rəngli köynək geyinmişdim. Rəşid Behbudovun xoşuna gəlmədi, mənə dedi ki, bu nədir, rənglər bir-biri ilə heç uyuşmur. Dedim ki, kotolaqdan seçmişəm.Vaxt gəldi, o rənglər dəbdə oldu”.

Xalq artisti bir xatirəsini də bölüşüb: “Kanadaya qastrol səfərinə getmişdik. Mağazada bir kostyum gördüm qiyməti də 1200 manat idi. Pulum çatmadı, musiqiçi dostum Rafiq Babayevdən 300 manat borc götürüb o kostyumu aldım. Uşaqlar əynimdə o kostyumu görəndə məəttəl qaldılar ki, haradan, neçəyə almısan? Dedim ki, 1200 manata almışam. Hamısının təəccübdən gözləri kəlləsinə çıxdı. Dedilər ki, sən dəlisən, adam da bu qədər pulu kostyuma verər? Yadımdadır ki, konsertdə Cənubi Azərbaycandan olan bir tamaşaçı yaxınlaşıb kostyumumla maraqlandı, soruşdu ki, bunu Bakıdan almısan? Dedim ki, bəli, Bakıda azərbaycanlı dərzilər tikib. O da inandı və dedi ki, halal olsun, gözəl tikiblər”.

Cəvahir

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR