• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Əməkdar artist ərindən elə sözlər dedi ki... - VİDEO

  • Magazin1
  • 28 İyul 2016 11:45
  • 1 652 Baxış
Əməkdar artist ərindən elə sözlər dedi ki... - VİDEO

“Heç vaxt açıq-saçıq geyimlərdə səhnəyə çıxmamışam. Buna nə təbiətim icazə verib, nə də həyat yoldaşım. Bir dəfə dekolte geyinmişdim, yoldaşım dedi ki, bir də bu paltarı əynində görməyim. Çıxardım başqa paltar geyinib məclisə getdim. Onun xasiyyətini bildiyim üçün dediyini eləmişəm. Sözündən çıxmamışam. Ona görə də ailəmi qoruyub saxladım”.

Bunu Publika.az-a əməkdar artist Rəhilə Bəndəliyeva deyib.

İllərin müğənnisi bu gün az-az görünməsinə də aydınlıq gətirib: “Hər verilişə getmirəm. Bir dəfə məni mətbəx verilişinə çağırmışdılar, oğlum icazə vermədi. Sənətə aid verilişlərə çıxmağı xoşlayıram. Amma televiziyalar biz yaşda olan sənətkarları unudub, ancaq şou müğənnilərini dəvət edirlər. Mən özümü şou aləmə aid eləmirəm. Amma şouya qatılan həmkarlarıma da pis baxmıram, bacarana can qurban. Mən də zamanında bacarıqlı olsaydım, indi evim, bağım, villam olardı. İkiotaqlı evdə, öz ailəm və oğlumun ailəsi birgə yaşayırıq. Vaxtilə canımı bu sənətdə qoymuşam. Qışın şaxtasında, yayın cırhacırında kəndbəkənd gəzib konsertlər verirdim. Mənə “xallı qız” deyirdilər. “Lalə” qızlar ansamblında oxuyanda hamı tamaşamıza dururdu. O qədər elçi düşənlər olub ki… Ansamblın rəhbəri Ceyran xanımın bir baxışından belə qorxardıq. Elə mən də zabitəli qız idim, oğlanlar qorxusundan mənə yaxın düşə bilmirdi”.

Asya

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>