Aşıq Namiqi buna görə topa tutacaqlar – VİDEO
Bizi izləyin

Magazin1

Aşıq Namiqi buna görə topa tutacaqlar – VİDEO

Aşıq Namiq Fərhadoğlu “Məsti-xumar” mahnısına klip çəkdirib.

Publika.az xəbər verir ki, çəkilişləri Fatmayi və Xaçmazda baş tutan klipə Naib Nailoğlu ekran həyatı verib. Yeni işi haqda danışan aşıq bildirib k, çəkilişlər zamanı çətinliklərlə üzləşib:

“Çəkilişlər Fatmayı bağlarında və Xaçmazda baş tutub. İsti havada, qızmar günün altında kadrları lentə aldıq. İsti işimizə çətinlik yaratsa da, yorulmadan çəkilişləri davam etdirdik. Klipi çox bəyəndim. Düşünürəm ki, heç bir aşığın belə müasir klipi olmayıb. Bəlkə də, kimlərsə məni tənqid edəcək. Bunlara hazıram. Fərqlilik heç zaman birmənalı qarşılanmayıb. Əsas odur ki, iş ürəyimcə oldu”.

Qeyd edək ki, “Məsti-xumar”a çəkilən ekran işi aşığın sayca 5-ci klipidir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm