Magazin1
"Bu dedi-qodular Aygün Bəylərə qurulan oyundur" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi əməkdar artist Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümmətovun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qohumudur. Deyilənlərə görə tutulan şəxslərdən Abbas Hümmətov Aygün Bəylərin qardaşıdır.
Məsələ ilə əlaqədar olaraq əməkdar artistin özü ilə əlaqə saxlamaq istədik. Zəngimizə cavab verən şəxs Aygün Bəylərin Azərbaycanda olmadığını bildirdi.
Daha sonra A.Bəylərin yaxın dostu Avropa Prodüseri Sultan baş verən hadisə ilə bağlı SİA-ya açıqlama verdi: "Son iki gündür ki, saytlar Ayün Bəylər haqqında ağızlarına gələni yazırlar. Yazılanlara görə Aygün xanım vətəni tərk edib. Ancaq yalandır. Çünki əməkdar artist neçə gündür ki, Londanda istirahətdədir. Bu dedi-qodular Aygün Bəylərə qurulan oyundur. Ona sənətdə paxıllıq edənlər çoxdur. Aygün xanım bu barədə heç bir telekanala və sayta açıqlama vermiyəcək".
Qeyd edək ki, hadisə üç il əvvəl baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.
E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.
Araşdırmalar davam etdirilir.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi