• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Məşhur rejissordan gündəm yaradacaq SÖZLƏR: “O, məşuqəsini...”

  • Magazin1
  • 1 Sentyabr 2016 14:30
  • 1 260 Baxış
Məşhur rejissordan gündəm yaradacaq SÖZLƏR: “O, məşuqəsini...”

Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın qeyri-peşəkar aktrisaların film və seriallara çəkilməsindən narazılığı rejissorlar tərəfindən birmənalı qarşılanmayıb.

Publika.az-a açıqlama verən rejissor Tahir Əliyev aktrisanın fikirləri ilə razalşmadığını söyləyib: “Diplom almaq şərt deyil. Filmlərə çəkilən o qədər qeyri-peşəkar insanlar var ki, rollarını peşəkardan da gözəl yaradıb. Məşhur “Böyük dayaq” filmində maya bacı rolunu canlandıran Tamilla Rüstəmova heç aktrisa deyil, pianoçudur. Amma yaddaqalan surət, uğurlu obraz yaradıb. Rejissor çəkdiyi filmdə kimi görə bilirsə, onu çəkir. Ola bilər hansısa aktrisa onu fakturası ilə cəlb etməsin, axtardığını qeyri-peşəkarda görsün, onu da çəksin. Heç kim ona qadağa qoya bilməz, əcəb eləyir. Rejissor istəsə, qonşusunu, qohumunu, da çəkər. Belə məşuqəsidir, kimə nə dəxli? Əsas filmin uğurudur, ortaya çıxan məhsul müzakirə obyekti olmalıdır, orada oynayan aktrisa yox”.

Qeyd edək ki, “Həyat sən nə qəribəsən” serialı ilə tanınan Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova Teleqraf.com-a açıqlamasında belə deyib: “Ömrünü incəsənətlə heç bir əlaqəsi olmayan yerlərdə keçirən qızların filmə və ya seriala əsas rola təsdiq olunmasına nə deyək? Bunların arxasında kimlər durur, çox maraqlıdır. Nə qədər ki, qapını bağlayıb elələrini də çölə çıxarmayacaqsız, bu incəsənət deyilən məkan düzələn deyil”.

Cəvahir

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR