• USD 1,7000 0,00% EUR 1,9171 -0,31%
    • GBP 2,1347 +0,41% RUB 0,0238 +0,42%

Fatiməylə bağlı xəbərlər “Space”i qəzəbləndirdi: Get...- RƏSMİ

  • Magazin1
  • 2 Sentyabr 2016 16:56
  • 1 993 Baxış
Fatiməylə bağlı xəbərlər “Space”i qəzəbləndirdi: Get...- RƏSMİ

“Space” Televiziyasında bütün sənətkarların ad günləri qeyd olunur, biz fərq qoymuruq. Efirə baxsalar, görərlər. Qaldı ki, Bəstəkarlar ittifaqının o təmsilçisinə, getsin daha ciddi işlərlə məşğul olsun”.

Publika.az-a açıqlama verən Space TV-nin icraçı direktoru Kamil Şahverdi Bəstəkarlar İttifaqının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İltifat Hacıxanoğluna cavab verərkən belə deyib.

O, qarşı tərəfi öyrənməyə səsləyib: “O adam heç bilmir ki, oriental sözü nə deməkdir. Getsin, hələ öyrənsin, sonra danışsın. “Space” ilə də bağlı narahatlığa heç bir əsas yoxdur”.

Qeyd edək ki, Bəstəkarlar İttifaqının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İltifat Hacıxanoğlu “Space” kanalının efirində rəqqasə Fatimənin ad gününə həsr edilən verilişi barədə sosial şəbəkədə belə yazıb: “Gör, nə günə qaldı “Space TV”, rəqqasə Fatiməyə ad günü keçirir. Orieantal Fatiməyə. Məncə ANS-i açıb, “Space”ni yenidən yaratmaq lazımdır. Akademik sənəti kolxoz, sovxoz, bar səviyyəsinə endirən, atana lənət. Mən bundan sonra “Space TV” də Rəqsanənin bacısına ad günü keçirilsə, təəccüblənmərəm… Rəqqasə axtarırsınız, gedin Opera və Balet Teatrınını o boyda xalq artistləri var, onlara ad günü keçirin. Bu kənd təsərrüfatı ünsürlərini yığışdırın efirdən”.

Cəvahir

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR