Azərbaycanın məşhur siması bal satır? - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanın məşhur siması bal satır? - FOTOLAR

Müğənni Aslanın sənətin daşını atıb bal biznesinə girişməsi ilə bağlı xəbərlər yayılıb.

Deyilənə görə, müğənninin dayısı Bişkekdə böyük bal şirkətinə rəhbərlik edir. Aslan o şirkətin burada nümayəndəliyini açıb. Şəhərin mərkəzində (Bayılda) ofis də kirayələyib. Reklama kampaniyasına başlayan balların bahalı növləri satışa çıxarılıb və əsasən imkanlı adamlara satılır. Hətta Aslan toylarda çıxış edərkən Qırğız balının reklamını da edir.

Publika.az-a açıqlama verən Aslan xəbəri gülüşlə qarşıladı: “Allah ağzınızdan eşitsin. O mənim biznesim deyil, Bişkekdə yaşayan qohumumun biznesidir. Özü də dayım deyil, mən onun nəvəsinin kirvəsiyəm. Bakıda da şirkətin mağazası var. Hə, deyəsən Bayıl tərəfdədir. Mən də oradan bal almışam, çox ucuzdur.

Aslan balı tərif etməkdən də özünü saxlaya bilməyib: “Onu deyim ki, qırğız balı dünyada çox məşhurdur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm