Ailəli gənc aparıcı yaşlı xalq artistinə ərə gedir? - VİDEO
Bizi izləyin

Magazin1

Ailəli gənc aparıcı yaşlı xalq artistinə ərə gedir? - VİDEO

Hələ ki, boşanmamışam, həyat yoldaşımla bir yerdəyəm, amma bu anonslardan sonra az qala məni boşandıracaqdılar.

Bu sözləri Publika.az-a “Space” Televiziyasınının aparıcısı Şəbnəm Həsənova deyib.

Yeni mövsümdə yeni verilişinin anonsları yayımlanan zaman aparıcı əməlli-başlı qalmaqalla üzləşib. Ona telefon açan izləyicilər, hətta qohum-əqrəbası aparıcını qınaq atəşinə tutublar: “Aparıcısı olacağım “Toy” adlı verilişin anonsları yayılar-yayılmaz hər yerdən zənglər oldu. Hətta qohum-əqrəbam mənə telefon açıb, əsəbiləşdilər. Hamı dedi ki, Şəbnəm eşitdik yaşlı kişiylə ailə qurursan, evliliyə razılıq vermisən, artıq toya hazırlaşırsan və s… Mən onlara and-aman etdim ki, yox, bu verilişdir, mən ailəliyəm, iki uşağım da var. O ağsaqqal - xalq artisti, aktyor Valeh Kərimovdur. Ola bilsin ki, proqramboyu o da mənimlə olsun. Milli adət-ənənələrə aid bir veriliş nəzərdə tutulub, görək necə olacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm