Səhhəti pisləşən Muxtar Maniyevin oğlu: “Ümid Allahadır”
Bizi izləyin

Magazin1

Səhhəti pisləşən Muxtar Maniyevin oğlu: “Ümid Allahadır”

Xalq artisti Muxtar Maniyevin səhhəti ağır olaraq qalır.

Bu barədə Publika.az-a xalq artistinin oğlu Tural Maniyev açıqlama verib: “Atam hələ reanimasiyadadır. Palataya köçürülməkdən söhbət belə getmir. Çünki bədəni çox zəifdir. Yanına yalnız anam buraxılır. Mən bu səhər ona baş çəkdim. Huşu üstündədir, amma çox zəifdir. Yemək yemir, ümid Allahadır. Həkimlər əllərindən gələni edirlər”.

Qeyd edək ki sentyabrın 2-də xalq artistinin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər. Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm