''Yeni həyat''-ın Vəfası: ''Ölmək istəmirəm'' - FOTO
Bizi izləyin

Magazin1

''Yeni həyat''-ın Vəfası: ''Ölmək istəmirəm'' - FOTO

"Yeni həyat" realiti şousunun iştirakçısı Vəfa Məmmədrəhimovanın yardıma ehtiyacı var. Artıq çəkidən əziyyət çəkən Vəfa hazırda 140 kilodur və daxili orqanları sıradan çıxmaq üzrədir. Təcili mədəkiçiltmə əməliyyatı olmasa, həyatını itirə bilər. Əməliyyat üçün 5000 manat lazım olsa da, onun bu pulu ödəməyə imkanı çatmır. Hazırda onun üçün sosial şəbəkədə də yardım kampaniyası başladılıb və hesab nömrəsi açılıb.

Publika.az musavat.com-a istinadən bildirir ki, 30 yaşlı Vəfa Məmmədrəhimovanın dediyinə görə, Şəkidə doğulub, atası xəstəlikdən vəfat edib, anası ilə Bakıda kirayədə yaşayır: "Hazırda 140 kiloyam. Həkimlər deyir ki, mədəkiçiltmə əməliyyatı olmalıyam. Əməliyyat üçün 5000 manat lazımdır. Mənim də imkanım çatmır. Ailəmizdə hər kəsdə kökəlmə 40 yaşdan sonra olub, heç kim mənim kimi kilolu deyil. Ürəyim tamamilə zəifləyib, qaraciyərimdə piylənmə gedir, çox yeriyə bilmirəm. Gündə bir neçə litr su içməliyəm, böyrəklərim süzmədiyi üçün içə bilmirəm. Böyrəklərim lap sıradan çıxıb. Ayaqyoluna gündə bir dəfə dərmanların köməyi ilə gedirəm. Ayaqlarım şişib, tez-tez tutulur. Dərmanlarda ürəyimə ziyan edir. Mədəaltı vəzim funksiyasını itirib. Həkim deyir ki, şəkər xəstəliyinə tutula bilərəm. Diyetoloqa müraciət etdim, müalicəaldım, ancaq 20 kilo arıqlaya bildim. Zamanla o kilolarda geri qayıdır. Tək çar əməliyatdır. Taleyim kilomdan asılıdır. Həkimlər deyir ki, həyatım təhlükədədir, ölə bilərəm. Mənim isə arzularım var"

Vəfa deyir ki, kilolu olduğu üçün iş də tapa bilmir: "Köklük həyatımda böyük problemlər yaradır. İş tapa bilmirəm. Hara getsəm, kiloma görə məni qəbul etmirlər. Heç kim bacarığımı soruşmur.Atam uzun müddət xəstə yatıb, onun müalicəsi üçün bankdan dollarla pul götürdük. Devalvasiyadan sonra borcumuz artdı. 2020-ci ilə kimi hər ay 300 manat ödəməliyik. Bu da 12 min manat edir. Arıqlayıb işləsəm, borcumuzu da ödəyərəm".
Müsahibim bildirir ki, ailə qurub, ana olmaq istəyir. Lakin artıq çəki buna imkan vermir: "Həyatımda sevdiyim şəxs vardı, kilom artıqdan sonra məndən ayrıldı. Bu da mənə böyük stress yaşatdı., həyatda ikinci zərbə oldu. Ailə qurub, ana olmaq istəyirəm. Amma ailə qursam da, ana olmağım mümkün deyil. Artıq çəki orqanlarıma zərər vurub. Mən arıqlamasam, ana ola bilmərəm. Yolda uşaqla gedən qadınları görəndə məni ağlamaq tutur. Düşünürəm ki, 30 yaşım var, nə zaman ana olacağam, ola biləcəyəmmi? İmkanlı şəxslərdən yardım gözləyirəm".

Vəfa qatıldığı "Yeni həyat" realiti şousundan da söhbət açıb: " "Yeni həyat" "Xəzər" televiziyasında yayımlanırdı, iştirakçılar kilolu xanımlar idi. Dedilər ki, qalibə maşın veriləcək, ikinci və üçüncü isə əməliyyat olunacaq. Mən də düşündüm ki, əməliyyat olunmaq şansım var və qatıldım. Birinciyə maşın verdilər. Mən ikinci oldum, amma əməliyyat etmədilər. Beləliklə, əməliyyat olunma xəyalım suya düşdü. İmkanlı şəxslərdən xahiş edirəm ki, mənə yardım etsinlər. 5000 qısa zamanda yığıla bilər. Ümidim insanlaradır. Azərbaycan xalqı yardımsevərdir. Xahiş edirəm ki, məndən köməklərini əsirgəməsinlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm