Əməkdar artist fəxri ad alması xəbərini Publika.az-dan eşitdi və...
Bizi izləyin

Magazin1

Əməkdar artist fəxri ad alması xəbərini Publika.az-dan eşitdi və...

Azərbaycan Prezidenti İlham Əliyev bu gün mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Fəxri ad alanları sırasında Musiqili Teatrın direktoru Əliqismət Lalayev (“Əməkdar incəsənət xadimi”), müğənni Nurlan Növrəsli (“Əməkdar artist”) də var.

Təəssüratlarını Publika.az-la bölüşən Ə.Lalayev həyəcan içində olduğunu bildirib: “Çox həyəcanlıyam. Xəbər mənim üçün gözlənilməz oldu. 30 il əvvəl 29 yaşım olanda Naxçıvanın əməkdar incəsənət xadimi fəxri adını almışdım. Onda Naxçıvan teatrında çalışırdım. Üstündən 30 il keçəndən sonra dövlət başçımız mənə bu fəxri adı 60 yaşıma hədiyyə etdi. Dövlət başçıma, nazirimiz Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm”.

Əməkdar artist Nurlan Növrəsli ilk xəbəri bizdən eşitdi: “Xəbəri sizdən eşitdim, çox sevincliyəm. Bütün ailəm məni qucaqlamaq üçün sıraya düzülüb”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm