• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Manafla Vasif and-aman ETDİ: “Polis maşınımı əlimdən...”

  • Magazin1
  • 20 Sentyabr 2016 15:38
  • 3 067 Baxış
Manafla Vasif and-aman ETDİ: “Polis maşınımı əlimdən...”

Avtosfer.az saytı Azərbaycanın şou-biznes nümayəndələrinin və tanınmış incəsənət adamlarının yol-hərəkəti qaydalarını pozması nəticəsində ortaya çıxan nəticələri araşdırıb.

Yol hərəkəti qaydalarını pozub cərimələri ödəməyən sənətçilərin bir qisminin siyahısı təqdim edib.

Siyahıda adları yer alan Vasif Məhərrəmli Publika.az-a açıqlamasında məlumatın yalan olduğunu deyib: “Yalan xəbərdir. Mənim heç bir məbləğdə ödənilməmiş cəriməm yoxdur. Yəqin ki, o qədər cərimə balım və ödənilməyən məbləğ olsaydı, maşınımı tutub əlimdən alardılar. Keçən il cəriməm olub, onu da aparıb ödəmişəm”.

Müğənni Manaf Ağayev Publika.az-a açıqlamasında xəbərin yalan olduğunu bildirib: “Mənim sənədlərim çiçək kimi tərtəmizdir. 930 manat cərimə və o qədər bal haradan çıxdı? Bu qədər cəriməm olsaydı, avtomobilimi əlimdən alardılar”.

Xəbərdən əsəbiləşən sənətçi dayan, dayan mən dəqiqləşdirib, yoxlayıb, bu saat sənə zəng edirəm dedi.

Yenidən bizə telefon açan M.Ağayevin cavabı belə oldu: “Bu saat oğluma zəng elədim, yoxladı. Dedi ki, ata, heç bir cərimən yoxdur. İki-üç ay bundan əvvəl 200 manat cəriməm olub, o da ödənilib. Rayonlara gedirəm, radarım-zadım olanda da dərhal cəriməsini ödəyirəm. Bir manat da borcum yoxdur”.

Qeyd edək ki, adı çəkilən müğənnilərin bu qədər cəriməsinin olduğu bildirilir:

1. Vasif Məhərrəmli - 10 VM 500 - 31 MMX-sı var. Cərimə balları üst-üstə 20 balı keçir. Ödənilməyən cərimələrinin məbləği 940 manat təşkil edir.

2. Manaf Ağayev - 10 LZ 799 və 10 BU 100. 37 MMX-sı var. 930 manat - 20 balı ötüb.

Cəvahir

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR