Elməddin Cəfərovdan “Kişi sözü”- VİDEO
Bizi izləyin

Magazin1

Elməddin Cəfərovdan “Kişi sözü”- VİDEO

Aktyor, komediya ustası Elməddin Cəfərov Azərbaycanda ilkə imza atacaq. A24.Az-a danışan aktyor “Kişi sözü” adlı romantik komodiya janırında serialın çəkilişlərinə başladıqlarını bildirib. Bir çox ilklərə imza atacaqlarını söyləyən aktyor serialda hərkəsin öz adaşını oynayacağını açıqlayıb. Yəni hər kəs öz adı ilə serialda iştirak edəcək.

“Dünya praktikasında da belə bir şeyə rast gəlməmişəm. Azərbaycanda da ilk dəfə olaraq hər kəs öz adı ilə seriala çəkiləcək yəni öz adaşını oynayacaq. Bu gün ilk çəkiliş günümüz idi. Bir az çətinliklər var. Ümumiyyətlə romatik komediya bizim üçün bir ilk olduğundan çətinliklər var. Amma hər şey yaxşı olacaq”-deyə Elməddin bildirib.

Yeni filmdə oyanayacağını da əlavə edən Elməddin Cəfərov bir çox filmə dəvət aldğını lakin təkliflərə yox dediyini, sonuncu bir təklifi isə müsbət dəyərləndirdiyi söylədi.

Qeyd edək ki, yeni filmdə aktyorun tərəf müqabili aparıcı və aktrisa Dilarə Əliyeva olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm