Xumarın göz yaşlarına kim səbəb oldu? - FOTOLAR\VİDEO
Bizi izləyin

Magazin1

Xumarın göz yaşlarına kim səbəb oldu? - FOTOLAR\VİDEO

Səhnəmizin sevilən ulduzu Xumar Qədimova yeni mahnısını təqdim edib.

Publika.az xəbər verir ki, özünəməxsusluğu ilə hər zaman fərqlənən Qədimova bu dəfə də mövsümün ən səs-küylü ifasına imza atıb.

Sözləri və müsiqisi Sezen Aksuya aid “Bəlalım” bundan sonra Qədimovanın da repertuarını bəzəyəcək. Hər zaman türk klassik musiqisinin şedevrlərini özünəməxsus tərzdə təqdim edən Xumar bu seçiminə belə açıqlama verib: “Rerpertuarıma daxil etmək istədiyim bir neçə nəğmədən biri də budur. Düzü, bu mahnıya Zəki Mürənin ifasında vurulmuşam. Mahnını eşitdiyim ilk gündən laqeyd qala bimədim. Bu mahnı göz yaşlarıma səbəb olub. Ona görə yox ki, həyatımla nəsə bağlılığı olub. Sadəcə, mahnının möhtəşəmliyi ən xoş anımda belə məni təsirinə salırdı. Nəhayət, Matanımın təkidilə oxudum”.

Qeyd edək ki, Qədimova bəstəni rok janrında ifa edərək, mahnıdakı könül haykırtısını, üsyanını məhtəşəm tərzdə ərsəyə gətirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm