Günayla Elnur arasında QALMAQAL: “Üstündən xətt çəkdim”
Bizi izləyin

Magazin1

Günayla Elnur arasında QALMAQAL: “Üstündən xətt çəkdim”

Uzun müddətdir dost olan müğənni Günay İbrahimli və stilist Elnur Həsənov yollarını ayırıb.

Publika.az xəbər verir ki, sənətçi bu haqda "Xəzər maqazin"də deyib. O bildirib ki, bundan sonra onları heç kim barışdıra bilməz:

"Onun üstündən xətt çəkdim. Tanıtdım, bu qədər. Küskünlüklərimi bildirməyi sevməmişəm. Amma bu dəfə başqadır. Bizi heç kim barışdıra bilməz. Özü gəlsə də, barışmayacam. İşdə məsuliyyətsizlik oldu".

G.İbrahimlinin keçmiş prodüseri Təranə Səmədova ilə də küsdüyü bildirilib. Sənətçi buna səbəb prodüserin "Günayı mən brend etmişəm" sözləri olduğunu deyib:

"Bu fikirlə razı deyiləm. Biz işbirliyini bitirəndən sonra mən daha çox uğur qazandım. Hər kəs özünə ad qazanır". (axsam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm