Soyunduğu üçün “işdən qovulan” aparıcı barədə ATV-dən AÇIQLAMA: “O, sadəcə...” - - FOTO
Bizi izləyin

Magazin1

Soyunduğu üçün “işdən qovulan” aparıcı barədə ATV-dən AÇIQLAMA: “O, sadəcə...” - - FOTO

O, soyunmayıb, sadəcə “mayka”sını çıxarıb. Digər tərəfdən hamı soyunur, soyunmayan var ki?

ATV telekanalında yayımlanan “V Element” verilişində Rüfət Ağayevi əvəz edən aparıcının soyunduğu üçün çalışdığı Azərbaycan Televiziyasından qovulması ilə bağlı xəbərlər yayılıb.

Bəs əslində həqiqət nədən ibarətdir, Rüfət niyə layihədən gedib?

Layihənin rəhbəri, həm də aparıcısı Ranar Musayev Publika.az-a açıqlamasında bu və digər suallara aydınlıq gətirib: “Əslində Fariz nə zamansa model yarışmasında iştirak edib və həmin vaxt bir neçə foto çəkdirib. O, soyunmayıb, sadəcə “mayka”sını çıxarıb. Digər tərəfdən hamı soyunur, soyunmayan var ki? Qaldı ki, soyunduğuna görə çalışdığı televiziyadan qovulmasına, o özü də açıqlama verib ki, bu yalandır”.

Rüfətin layihədən ayrılmasına gəlincə, o, belə deyib: “Biz əslində bu layihəni bağlamaq fikrindəydik. Çünki dostumuz olan Rüfət təhsil almaq üçün Amerikaya getdi və fikirləşdik ki, onsuz layihəni davam etdirməyək. Mən onun yanına getdim və gördüm ki, artıq Rüfət üçün Amerikada hər şey yaxşıdır. Qərara gəldik ki, başqa bir aparıcı tapaq və proqrama davam edək. Həm də dost-tanış, hamı bizə deyirdi ki, layihə çox maraqlıdır, niyə davam etdirmirsiniz? Hesab edirəm ki, bu söz-söhbətləri yayan adamlar layihəmizi efirdə görmək istəməyənlərdir”.

Qeyd edək ki, sözügedən layihədə Kamilə Babayeva, Ranar Musayev, Hüsniyə Məhərrəmova və Fariz İlyasov iştirak edəcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm