Magazin1
5 gün "girov qalan" modelyerə cavab: "Özünü o iş adamının arvadı kimi təqdim edirdi"
Modelyer Leyla Əhmədovanın ittihamlarına qarşı tərəfdən cavab gəlib.
Əmlakın sahibi Nizami Ağayev Qafqazinfo.az-a açıqlamasında bildirib ki, mətbuatda onun Leyla Əhmədovanı kirayələdiyi ofisində 5 gün girov saxladığı ilə bağlı yayılan bütün xəbərlər əsassızdır və şou xarakterli iddiadır:
"Bu ofis mənim şəxsi əmlakımdır. Onu 2014-cü ildə Seymur İsayev adlı iş adamına icarəyə vermişəm. Həmin şəxsin biznesi iflasa uğrayandan sonra Azərbaycanı tərk edib və o, mənim icarəmi ödəmək iqtidarında olmayıb. Bir ildir ki, məhkəmədə mən icarə haqqı tələbi qoyub iddia qaldırmışam. Və bu il ərzində mənə 1 manat da icarə haqqı ödənilməyib.
1 il sonra, avqustun 29-da Xətai Rayon Məhkəməsi qərar çıxararaq bizim onunla olan müqaviləmizi ləğv edib, Leyla Əhmədovanın əsassız pul iddialarını rədd edib. Həmin xanım özünü o iş adamının həyat yoldaşı kimi təqdim edirdi. Biz aydınlaşdırdıq ki, L. Əhmədova onun xanımı deyil. Əhmədova anormal həyat tərzi sürür, özünü iş adamı, modelyer kimi təqdim edir. Onun bizə qarşı iddiası pul iddiasıdır. O iddia edir ki, özünü yandıracaq, öldürəcək, əgər ona pul verməsək, mənim şəxsi əmlakımdan çıxmayacaq".
N. Ağayevin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Leyla Əhmədovanın 5 gündür ofisə girib, çıxmadığını bilirlər: "Leyla Əhmədova şou qurub. Özü oraları dağıdır, məhv edir. Polisləri, təcili tibbi yardımı hər dəqiqə ora çağırır, məndən 1 milyon manat tələb edir. Mənim o qadınla nə müqaviləm var, nə də hər hansı bir danışığım... Onun psixoloji durumunu yoxlamaq lazımdır. Bu, piardır. O, özünü reklam eləmək üçün yalançı çıxışlar edir. Mənim hüquqşünasım var, onların vasitəsilə bütün qanuni sənədləri mətbuata təqdim edə bilərəm. O bizi qəsdən provokasiyaya çəkir".
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO