Röya medianın ən populyar simasıdır - MONİTORİNQ
Bizi izləyin

Magazin1

Röya medianın ən populyar simasıdır - MONİTORİNQ

2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9669 xəbər yerləşdirilib.

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

Publika.az xəbər verir ki, 2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9669 xəbər yerləşdirilib. Bunlardan 289 xəbər mənfi, 10 xəbər müsbət və 9370 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Mətanət İsgəndərli (113 xəbər –müğənninin adının adam oğurluğunda hallanması, Çovdarovla əlbir olması iddiaları), Rəqsanə İsmayılova (72 xəbər – müğənninin musiqiçiyə pul atması, hədələməsi iddiaları), Aygün Bəylər (57 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər). Müsbət xəbərlər isə Oksana Rəsulova, Məleykə Əsədova, Tarix Əliyev, Miri Yusif və Nigar Camala (2 xəbər – mükafata layiq görülmələri) məxsusdur.

Xəbər sayına görə sıralama:

Röya Ayxan 635 xəbər

Elza Seyidcahan 380 xəbər

İlhamə Quliyeva 304 xəbər

Aygün Kazımova 291 xəbər

Günay İbrahimli 258 xəbər

Abbas Bağırov 252 xəbər

Xatirə İslam 244 xəbər

Rəqsanə İsmayilova 232 xəbər

Mətanət İsgəndərli 218 xəbər

Nadir Qafarzadə 213 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 406 xəbər dərc edilib. Bu xəbərlərdən 388-i neytral, 18-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Aygün Bəylər (11 xəbər – müğənninin qardaşı haqqında çıxan xəbərlər), Rəqsanə İsmayılova (4 xəbər – müğənninin musiqiçiyə pul atması iddiaları) və Mətanət İsgəndərliyə (3 xəbər – müğənninin adının adam oğurluğunda hallanması) məxsusdur. Sentyabr ayında yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

İlhamə Quliyeva 21 xəbər

Aygün Bəylər 20 xəbər

Aygün Kazımova 18 xəbər

Alim Qasımov 16 xəbər

Röya Ayxan 15 xəbər

Faiq Ağayev 14 xəbər

Abbas Bağırov 13 xəbər

Flora Kərimova 12 xəbər

Tünzalə Ağayeva 11 xəbər

Nazpəri Dostəliyeva 10 xəbər

Sentyabr ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 70 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

Mənsum İbrahimov 8 xəbər

Ədalət Şükürov 5 xəbər

Əlikram Bayramov 4 xəbər

Elariz Məmmədoğlu 4 xəbər

Elza Seyidcahan 4 xəbər

Səməd Səmədov 3 xəbər

Lalə Məmmədova 3 xəbər

Abbas Bağırov 3 xəbər

Cavanşir Məmmədov 3 xəbər

Elnarə Xəlilova 2 xəbər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm