Fuad Poladov qayıdacaq, ya yox? - “Azdrama”dan AÇIQLAMA
Bizi izləyin

Magazin1

Fuad Poladov qayıdacaq, ya yox? - “Azdrama”dan AÇIQLAMA

Aktyor Hikmət Rəhimovun Akademik Milli Dram Teatrından işdən çıxarılmasına dəstək olaraq Xalq artisti Fuad Poladovun çalışdığı teatrdan getməsi ilə bağlı xəbərlər media gündəmini bir-birinə vurub. Fuad Poladovu sevən hər kəs onun teatrdan getməsini etirazla qarşılayıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov Publika.az-a açıqlamasında baş verənlərə belə aydınlıq gətirib: “Teatr ətrafında yayılan dedi-qodulara baxmayaraq teatrımız işləyir və fəaliyyətini günü-gündən genişləndirir. Onun teatrdan getməsinə gəlincə, yazılı ərizə ilə teatra müraciət etməyib. Sabah onun teatrda bir tamaşası var, yəqin ki, gəlib oynayacaq. Ümumiyyətlə yəqin ki, özü ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirəcəyik. Qaldı ki, onun Hikmət Rəhimovu müdafiə etməsi, hər kəsin fikirlərinə hörmətlə yanaşırıq”.

Truppa rəhbəri onu da bildirib ki, H.Rəhimov teatrdan öz ərizəsi ilə gedib: “Bu da teatrın daxili işidir. Həll elədik, qurtardı”.

Qeyd edək ki, dünən Fuad Poladov Publika.az-a bunları demişdi:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm