Keçmiş direktordan Fuad Poladovun istefasına REAKSİYA
Bizi izləyin

Magazin1

Keçmiş direktordan Fuad Poladovun istefasına REAKSİYA

Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilov xalq artisti Fuad Poladovun işdən getməsini teatra zərbə kimi dəyərləndirib.

Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilov xalq artisti Fuad Poladovun işdən getməsini teatra zərbə kimi dəyərləndirib.

Publika.az-a açıqlama verən keçmiş direktor təəssüf hissini belə ifadə edib: “Fuad Poladov bir teatr deyil, bütövlükdə Azərbaycan mədəniyyəti üçün xidmətləri olan sənətkardır. Barmaqla sayılacaq qədər az sənətkar var ki, onlardan biri Fuad Poladovdur. Onun kimi aktyora teatrda xüsusi şərait yaradılmalıydı. Çünki ikinci bir Fuad Poladov yoxdur. Fuad Poladov bu yaşda, bu şöhrətdə, bu səviyyədə teatrda fayda verəcək bir dönəmdə teatrdan getdi. Mən bu xəbəri eşidəndə təəssüf hissi keçirdim”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm