Azərbaycanlı rektorun Amerikada nəvəsi dünyaya gəldi - - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı rektorun Amerikada nəvəsi dünyaya gəldi - - FOTOLAR

Tanınmış bəstəkar və aranjemançı Emin Kərimi dünən oğul atası olub.

Tanınmış bəstəkar və aranjimançı Emin Kərimi dünən oğul atası olub.

Publika.az xəbər verir ki, bəstəkar xoş xəbəri öz "fecebook" səhifəsində paylaşıb. 2 ilə yaxındır ki, Los-Ancelesdə yaşayan və fəaliyyətini orada davam etdirən bəstəkar həyat yoldaşının ona doğum günündə dünyanın ən gözəl hədiyyəsini bəxş etdiyini bildirib: “Oğlandır, oğlan, oğlan! Ay Allah, hər şeyə görə sağ ol! Çox sağ ol! Allah, bizi belə sevdiyin üçün sənə qurban olaram. Ad günündə sevimli həyat yoldaşım mənə dünyanın ən gözəl hədiyyəsini bəxş etdi. Bu, həyatın ən gözəl hədiyyəsidir, xanımım mənə oğul balası bəxş etdi. Mən ata oldum, hətta inana bilmirəm, mən qəlbən və ruhən Nəzifə Kərimi səni sevirəm! Bu sadəcə... Oğlum, bizim dünyaya xoş gəldin! Atanla anan səni çox gözlədilər. Bundan sonra noyabrın 1-də biz iki ad günü keçirəcəyik”.

Məlumat üçün bildirək ki, Emin Kərimi professor, bəstəkar, kino məsləhətçisi və Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kəriminin oğludur.

Image result for emin və seyavuş kərimi

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm