Magazin1
Xuraman Vəfa “Bir damla mutluluk”la gəlir
Publika.az xəbər verir ki, “Vəfa” jurnalının təsisçisi və baş redaktoru şairə - publisist Xuraman Vəfa yeni yaradıcılıq işlərinə start verib.
Bir müddət əvvəl çapdan çıxan “Gözlərimi sevmişdin” kitabından sonra şairə oxucularına təqdim edəcəyi maraqlı layihə üzərində işləyir.
Belə ki, “Bir damla mutluluk” adlı yeni kitabının son redaktə işlərini görən X.Vəfa kitabla bağlı bunları deyib: “Üzərində son işləri gördüyüm yeni “Bir damla mutluluk” adlı kitab türkcədir. Kitabı Türkiyədə nəşr etdirəcəyəm. Məni daha çox məhəbbət, sevgi şairəsi kimi tanıyırlar, baxmayaraq ki, vətənpərvər və başqa mövzularda da şeirlərim, poemalarım var. Türkiyə türkcəsində hazırlanan “Bir damla mutluluk”-da həm sevgi, həm vətənpərvər, həm də türkçülüyü əks etdirən şeirlərim yer alacaq”.
Kitab çapdan çıxdıqdan sonra həm burada, həm də Türkiyədə geniş təqdimat keçirəcəyini söyləyən xanım şairə, qardaş ölkədə yaradıcılıq işlərini davam etdirəcəyini bildirib. Qeyd edək ki, bir neçə il əvvəl Xuraman Vəfanın türkcə yazılmış şeirlərinə bəstəkarlardan Şəfiqə Axundova, Tahir Əkbər və Nailə Mirməmmədli, tərəfindən də musiqilər bəstələnib.
Cəvahir
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi