Ağakişi Kazımov: “Beynəlxalq mübadilə yalnız xeyir verə bilər”
Bizi izləyin

Magazin1

Ağakişi Kazımov: “Beynəlxalq mübadilə yalnız xeyir verə bilər”

Digər ölkələrin teatr xadimlərinin Bakıya gəlişini yalnız alqışlamaq olar.

Noyabrın 7-də işə başlayan IV Bakı Beynəlxalq Teatr Konfransında müxtəlif ölkələrdən teatrşünaslar, teatr tənqidçiləri, tanınmış teatr kollektivlərinin, beynəlxalq teatr qurumlarının rəhbər və təmsilçiləri, iştirak edir.

Konfransa qatılan xarici ölkə təmsilçiləri ilk olaraq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya baxıblar.

Publika.az-a açıqlama verən Xalq artisti Ağakişi Kazımov konfransla bağlı fikirlərini bölüşüb: “Konfrans hələ yeni başlayıb, düşünürəm ki, əhəmiyyəti də böyük olacaq. Digər ölkələrin teatr xadimlərinin Bakıya gəlişini yalnız alqışlamaq olar. Müxtəlif millətlərin bir araya gəlməsi, mədəniyyətlərin təması, beynəlxalq mübadilə yalnız xeyir verə bilər. Yəqin ki, gənclər də bu konfransda iştirak edib, dünya təcrübəsi və ənənələrindən bəhrələnəcəklər”.

Qeyd edək ki, Konfransda Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası, Beynəlxalq Kukla Teatrları İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosiasiyası kimi qurumlar təmsil olunacaq. Bu təşkilatların ayrılıqda öz yerli iclasları da təşkil ediləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm