Fəxri ad alan məşhurların ilk təəssüratları - "Nə olub, Fəxri ad almışam?"
Bizi izləyin

Magazin1

Fəxri ad alan məşhurların ilk təəssüratları - "Nə olub, Fəxri ad almışam?"

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə təltif olunanlar sırasında Etibar Babayev, Nərgiz Cəlilova, Zaur Kamal da var.

Publika.az-ın təbrik xəbərinə Etibar Babayev təəccübləndi: “Nolub ki? Nə? Fəxri ad almışam? Bilmirdim, sizdən eşidirəm. Çox sağ olun şad xəbərə görə. Sevindim əlbəttə”.

“Əməkdar artist” fəxri adına layiq görülən Nərgiz Cəlilova da xəbəri ilk olaraq jurnalistlərdən eşitdiyini deyib: “Vallah özümün xəbərim yoxdur, doğrudan ad almışam? Sağ olsun dövlət başçımız, bizi dəyərləndirdiyi üçün”.

Xəzər televiziyasının aparıcısı Zaur Kamal da xəbəri eşidəndə şok olub: “Çalışdığım televiziyadan aparıcı Aqşin Kamal zəng elədi ki, bəs muştuluğumu ver? Dedim nə olub? Dedi ki, fəxri ad almısan. Əla hisslərdir. 20 illik zəhmətimə verilən qiymətə görə dövlət başçımıza minnətdarlığımı ifadə edirəm. Əməkdar mədəniyyət işçisi oldum”.

Biz də həmkarlarımızı təbrik edirik.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm