30 minlik brilyant və alışıb-yanmaq EHTİRASI
Bizi izləyin

Magazin1

30 minlik brilyant və alışıb-yanmaq EHTİRASI

Dünən Leyla Şıxlinskayanın iki il əvvəl aldadılaraq 10 min manat pulunu və dəyəri 30 min ABŞ dollar olan brilyant qaşlı üzüyünün alınaraq geri qaytarılmaması barədə xəbərlər yayıldı.

Dünən Leyla Şıxlinskayanın iki il əvvəl aldadılaraq 10 min manat pulunu və dəyəri 30 min ABŞ dollar olan brilyant qaşlı üzüyünün alınaraq geri qaytarılmaması barədə xəbərlər yayıldı.

Təəccübləndim. Qocaman Şıxlinskayanın brilyant üzüyünün barmağından çıxarılmasına yox, təvəllüd tarixinə.

Sitatı təkrar eləsəm siz də fərqinə varmış olacaqsınız: “1955-ci il təvəllüdlü Leyla Fərruxovna Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin noyabr ayında və carı ilin sentyabr ayında Gülşən adlı şəxs onu aldadaraq 10 min manat pulunu və dəyəri 30 min ABŞ dollar olan brilyant qaşlı üzüyünü alıb, lakin indiyədək qaytarmayıb”.

Təəccübləndiyim üçün kiçik bir araşdırma aparmaq həvəsinə düşdüm. Ona görə yox ki, Şıxlinskayanın cavan və gözəl qalmasına paxıllanıram, əsla. Buna heç kəsin şübhəsi yoxdur. Amma təəccübləndim ki, yəni Leyla xanım 1964-cü ildə rejissor Həsən Seyidbəylininin “Cazibə qüvvəsi” filmində gənc qız Nərgiz rolunu oynayanda 9 yaşı varmış? Yaxud da 1965-ci ildə Tofiq Tağızadənin ekranlaşdırdığı “Arşın mal alan” filmində Gülçöhrə rolunda on yaşında oynayıbmış? Bu lap ağ oldu e…

Vikipediyanı eşələmək məcburiyyətində qaldım. Orada Şıxlinskayanın təvəllüdü 12 iyun 1947-ci il doğumlu göstərilib. Amma üzüyü axtarışa veriləndə təvəllüd tarixi fərqli göstərilib. Yaşını azaldanda görəsən, Şıxlinskaya bu incə detalı nə əcəb nəzərə almayıb? Məncə, yaşını kiçildən və küçücük qız təəssüratı yaratmaq istəyən qadınlara da aiddir.

Ümumiyyətlə, bu yaş məsələsi bir çoxlarının yaralı yeridir. Baxırsan, nəvə-nəticə sahibidir, amma özünü cici qız kimi təqdim edir. Söz də düşəndə deyir ki, 16 yaşında ərə getmişəm. Amma zaman keçir, yaş üstə yaş gəlir. Yaş kompleksi keçirən həmin xanım yenidən yaşını azaltmağa başlayır. Hesablayanda görürsən ki, Toppuş bacı demişkən “akazıvayıçka” bu xanım ərə gedəndə 5-6 yaşı varmış. Yaşlarını o dərəcədə azaldacaqlar ki, ərə getdikləri gün də yadlarına düşməyəcək. Xüsusən də şou-biznesdə olan xanımlar arasında yaşını ifrat dərəcədə azaltmaq dəbdir. Amma düşünmürlər ki, bunu ən azı onların onların sinif yoldaşları, tay-tuşları bilir. Ola bilər onlar yaşlanaraq çoxdan dünyalarını dəyişiblər və sübut yeri qalmayıb. Amma hara qədər? Yaşlarından qorxan belə insanlara baxanda hərdən adamın yazığı gəlir. Deyirəm çölünü dəyişib, yaşını azaltmaqdansa, bir az daxili dünyalarını zənginləşdirsəydilər, noolardı? Onda heç yaşları da artdıqca, bunu özlərinə dərd eləməzdilər.

Uzun sözün qısası, 30 minlik brilyant, otuzluq lampa kimi alışıb-yanmaq ehtirası, 30 yaşında görünmək həvəsi-qəşşəydi, amma həqiqət ondan daha qəşəydi. Onsuz da görünən kəndə nə bələdçi?

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm