Gülnarə Xəlilova Rumıniyada mükafat aldı - - VİDEO - FOTOLAR
Bizi izləyin

Magazin1

Gülnarə Xəlilova Rumıniyada mükafat aldı - - VİDEO - FOTOLAR

“Xalçaların dili” kolleksiyasını təqdim edib.

Azərbaycanın tanınmış dizayneri Gülnarə Xəlilova Rumıniyanın Yassı şəhərində keçirilmiş “Kasta Morrely Fashion Week” Moda həftəsində özünün möhtəşəm “Xalçaların dili” kolleksiyasını təqdim edib.

Publika.az xəbər verir ki, Azərbaycan xalça ornamentlərindən istifadə edilmiş müasir dizayn həlli olan “Xalçaların dili” kolleksiyası tamaşaçı və dizaynerlərin gur alqışı ilə qarşılanıb və Moda həftəsinin “Creative Industries Awards” ali mükafatına layiq görülüb.

Maraqlıdır ki, G.Xəlilova dəfilədə özü model qismində podiuma çıxıb. Moda həftəsi çərçivəsində, həmçinin onun Azərbaycan milli geyiminin Avropada təbliği üzrə kataloqu təqdim olunub.

“Kasta Morrely Fashion Week” kreativ moda sənayesinin yeniliklərinə həsr olunub. Moda həftəsində, həmçinin Rumıniya, Bolqarıstan, Yunanıstan, Portuqaliya, Monteneqro, Moldova və Livandan olan tanınmış dizaynerlər iştirak ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm