“Sevişək can üstə, gəl qaçaq buz üstə” - Elza Seyidcahandan yeni POEMA
Bizi izləyin

Magazin1

“Sevişək can üstə, gəl qaçaq buz üstə” - Elza Seyidcahandan yeni POEMA

Elə oradaca mən o misralarla başladım yazmağa, bir də baxdım ki, haralara gedib çıxmışam.

Əməkdar artist Elza Seyidcahanın bəstələdiyi mahnılarla, həyata keçirdiyi layihələrlə, ifa və geyim tərzi ilə yanaşı yazdığı şeirlər də cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bir sözlə, altında Elza Seyidcahan imzası olan hər nə varsa, müzakirəsiz ötüşmür, müxtəlif diskussiyalara səbəb olur. Həm də biri bitməmiş, digəri başlayır, gündəmə damğasını vurur.

Əməkdar artistin “Qaymaq olmasınlar e, qayğanaq olsunlar” adlanan yeni şeirinin Bayraq günündə dövlət himnimizlə bağlı həyata keçirdiyi qeyri-adi layihə kimi birmənalı qarşılanmayacağına əminik.

Həmin şeiri təqdim edirik:

“Qaymaq olmasınlar e

Qoy olsunlar qaynaq

Söz gələr keçər gedər

Üz-üzə gülürük yetər

Bir-birimizin ardınca

Mini gələr cıxar gedər

Olmayaq biz qaymaq

Qayqanaqdan doğaraq

Olaq biz iti caynaq

Caynaqlarımız ilişsin

Bir-birilərinə qırışsın

Qaynaqlanaq, bağlanaq

Düşmənlər daq-daq olsunlar

Çatlasınlar, soyunsunlar

Söyülsünlər.

Bir siftədən, bir nüftədən

Yaranmışıq.

Yarandıqsa, yaratmışıq.

Yaratdıqsa, yaşatmışıq.

Yaşatdıqsa yaşamışıq.

Xoş-xoş olmamışıqsa

Doymadıq?

Qədəm-qədəm qoymamışıq

Soyumadıq?

Hidayət edək yaşlanmışıq

Yaşlaşmışıq.

Gəl olaq biz qaynaq,

Qaymaq yox cüt caynaq…

Bu həyatda dayanaq

Diz üstə…

Oyanaq göz üstə

Danışaq baş üstə.

Birləşək söz üstə

Uzanaq üz üstə,

Yan üstə.

Sevişək can üstə

Sən üstə tüstüdə

O üstə istidə

Gəl qaçaq buz üstə

Qaş-gözüm, dodaqlarım,

Can püstə.

Can, can, can xancan,

Xan, xan, xan sancan

Dayıcan, can bibican

Sən atacan, ay anacan…!

Bacıcan, qardaşcan,

Gəlmişik biz buracan.

Gəl olaq biz baycan…!”

Əməkdar artist bu şeiri necə yazdığı haqqında da danışıb:

“Əməkdar artistimiz Nüşabə Ələsgərlinin anasının il mərasimində idik. Orada molla belə bir söz işlətdi: “Respublikanın qaymaqları bu gün bura yığılıb”. Elə oradaca mən o misralarla başladım yazmağa, bir də baxdım ki, haralara gedib çıxmışam. Bu şeir yox, poemadır, sizlə sadəcə bir parçasını bölüşürəm, ardını tezliklə çıxacaq kitabımdan oxuya biləcəksiniz”. (moderator.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm